“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


09.01.2020  10:21 

Ukraynada matəm - Faciə qurbanları yad edilir





A+  A-

Prezident Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin Tehranda qəzaya düşməsi ilə əlaqədar 9 yanvarı matəm günü elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb.

“8 yanvar 2020-ci il tarixində Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin İran İslam Respublikasında qəzaya düşməsi nəticəsində baş verən və çoxsaylı insan tələfatına səbəb olan faciə ilə əlaqədar olaraq ölənlərin xatirəsini ehtiram etmək üçün 9 yanvar 2020-ci il Ukraynada matəm günü elan edilsin”, - deyə məlumatda vurğulanıb.

Fərmana əsasən, yanvarın 9-da Ukrayna ərazisindəki bütün dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, dövlət müəssisələrinin, idarə və təşkilatların binalarındakı dövlət bayrağı endirilib.

Həmçinin, əyləncə və konsert tədbirləri ləğv edilib, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər etmək barədə də qərar verilib.

Bundan başqa, Kiyevin “Borispol” hava limanında qəzada həlak olan şəxsləri anım məqsədilə xatirə guşəsi yaradılıb. Faciə qurbanlarının ailə üzvləri və dostları onların şəkilləri önünə gül dəstələri qoyaraq göz yaşları içində yad ediblər.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing-737” tipli təyyarə yanvarın 8-i səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.

Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb. Qəza nəticəsində İran, Kanada, Ukrayna, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları həlak olublar.

Bundan sonra Dövlət Aviasiya Xidməti Ukrayna aviaşirkətlərinə həm İran, həm də İraqın hava məkanlarında uçmağı qadağan edib. Bu, Ukrayna mülki aviasiya tarixində ən böyük təyyarə qəzasıdır.

Xəbər 1986 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +