Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


17.10.2025  21:15 

Havaya qalxdı, Bakıda təcili eniş etdi -Təyyarədə nə baş verib?





A+  A-

Oktyabrın 17-də "Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

XəzərNews.az xəbər verir ki, bu barədə aeroportdan məlumat verilib.

Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem olub. Təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib.

Dərhal sonra tibbi xidmət heyəti hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib.

Məlumatda qeyd edilib ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib:

"Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurlar həyata keçirir".

Xəbər 3252 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +