Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


17.09.2025  13:14 

“AİD Language Center” xaricdə təhsil adıyla gənclərin pulunu mənimsəyir





A+  A-

Azad İstehlakçılar İctimai Birliyinə müraciət edən Abşeron sakini Kamil Həsənli xaricdə təhsil adı ilə aldadıldığını bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə Tribunainfo.az-a məlumatı İB sədri Eyyub Hüseynov verib.

Aldadılan Kamil Həsənlinin sözlərinə görə, 31 mart 2025-ci ildə “AİD Language Center” MMC ilə ailə üzvü (xalası oğlu Kamran Həsənov) vasitəsilə müqavilə imzalanıb. Müqavilə Kamran Həsənovun adına bağlansa da, ödənişi, yəni 3400 manatı Kamil Həsənli ödəyib.

MMC şikayətçini inandırıb ki, Almaniyada peşə təhsili alacaq, həmçinin aylıq 1000 avro təqaüd və yaşayış yeri ilə təmin ediləcək. Lakin vədlər reallaşmayıb.

“Üç ay ərzində məni müxtəlif bəhanələrlə yubatdılar. Sonda isə bildirdilər ki, 9 illik atestatım xaricdə təhsil üçün yetərli deyil. Halbuki, bütün sənədləri əvvəlcədən təqdim etmişdim”, – deyə Həsənli qeyd edib.

O, iyul ayından pulunun geri qaytarılmasını tələb etsə də, hələ də nəticə əldə etməyib. “Hətta polisə dəfələrlə müraciət etmişəm, amma şikayətim cavabsız qalıb”, – deyə əlavə edib.

Kamil Həsənli iddia edir ki, “AİD Language Center” MMC gəncləri aldadaraq pullarını mənimsəyir. O, hüquqlarının bərpasını, ödənilmiş 3400 manatın geri qaytarılmasını və məsələnin ictimailəşdirilməsini istəyir.



Xəbər 3645 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +