Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


25.10.2019  11:09 

Küçədə qucaqlaşan qızla oğlana irad tutdu - Mübahisə ölümlə bitdi





A+  A-

Bakıda qəribə qətl hadisəsi baş verib.
XəzərNews.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib.

1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.

Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib.

Dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, Murad Tağıyev tutulub, araşdırma aparılır

Xəbər 1648 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +