İlham Əliyev Keyr Starmerlə bir araya gəlib
770 min miqrant Rusiyanı tərk etməlidir - Volodin
Tramp Witkoffu “Rusiyanı bitirməyə” çağırıb
Baş nazir hökumətə rəhbərlik etməkdən imtina edib
Şirkətdən külli miqdarda pul mənimsədi, həbs olundu...
Deputatı ondan xəbərsiz partiyadan xaric ediblər?
Rəşad Dağlı əfv oluna bilərmi?
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib?
Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”
Vəzifəli şəxsin oğlu öldü -FOTO


14.11.2022  15:19 

“Qiymət artımı insanların belini büküb” - İqtisadçı





A+  A-

“Deputat Vahid Əhmədov minimum əmək haqqının 500 manat olmasını təklif edib – lap yaxşı, maaşlar da, təqaüdlər də artırılmalıdır, çünki inflyasiya, qiymət artımı insanların belini büküb, amma bu addımı atmadan öncə bir neçə məsələ də mütləq həll edilməlidir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, ilk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır – çox məntiqsiz qaydadır:

“Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni, minimum əmək haqqının 25%-ni DSMF-yə ödəməlidir (bəzi fəlayiyyət növlərində hətta 50%-ni ödəmək məcburiyyəti var). Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əmək haqqı artdıqca DSMF-yə ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Ona görə də, bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır – təklif edirəm ki, dövriyyənin 2%-i DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin. Daha bir problem odur ki, indiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır, hətta, “maaş-təqaüdlər artacaq”, xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də, maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Bu məsələ ilə bağlı aylar öncə təklif etdiyimiz məsələ bu gün də aktualdır, həll edilməlidir - ərzaq və dərmanların ƏDV-si 18%-dən 2%-ə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir, bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. Təbii ki, paralel olaraq 30 ildir müstəqillikdən bəri xroniki “xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir. Ölkədə DSMF-nin işləmə qaydaları da dəyişdirilməlidir, bu gün ödədiyimiz vəsaitdən Dövlət faizsiz istifadə edir, fərdi hesablarımıza toplanan vəsaiti heç olmasa inflyasiyaya görə belə indeksləşdirmir. Məsələn, mənim DSMF-dəki fərdi hesabımda illərdir ödədiyim 20 min manatdan çox vəsait var, Dövlət bu vəsaitdən istədiyi kimi istifadə edir, amma buna görə mənə divident ödəməməsi bir qırağa, yığılan vəsaitin ərazaq inflyasiyasına (məhz ərzaq inflyasiyası olmalıdır) görə dəyərdən düşməsini belə kompensasiya etmir. Dövlət ya özəl təqaüd fondlarının yaradılmasına və FƏRDİ müqavilələrə icazə verməli, ya da vətəndaşdan topladığı və istifadə etdiyi vəsaiti hər il ərzaq inflyasiyasına görə indeksləşdirməlidr”.

N.Cəfərli qeyd edib ki, ölkədə qiymət artımı, inflyasiya vətəndaşların çiynindəki ağır yükdür, dolayı vergiləndirmədir, bu yükün azaldılması dövlətin boynunun borcudur:

“DSMF isə vətəndaşlardan topladığı vəsaiti, faktiki olaraq depoziti istədiyi kimi xərcləyən, buna görə vətəndaşa divident verməyən bir qurumdur – yuxarıda qeyd etdiyim problemlər çözülməsə maaş-təqaüdlərin artımı növbəti dəfə vətəndaşların xeyr kimi deyil də, qiymət artımı yükü kimi geri dönəcək...”

Xəbər 2589 dəfə oxunub.




13.10.2025  17:06 

Rəşad Dağlı əfv oluna bilərmi?

13.10.2025  16:24 

Prezident Mahmud Abbasla görüşdü

13.10.2025  16:21 

Bəşər Əsədi zəhərləyiblər?

13.10.2025  16:17 

Hərbiçimiz vəfat etdi -FOTO

13.10.2025  15:29 

Netanyahu sammitə getməyəcək

13.10.2025  11:11 

Millidə dəyişiklik baş verib

13.10.2025  10:37 

Avtobus qəzası, 40 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +