Milli Məclis Prezident və birinci xanıma təbrik məktubu göndərəcək
Rüstəm Usubovun məsuliyyət məsələsini qaldırdım - Pərviz Həşimli
Putin Mehdiyevi niyə qurban verdi?
Birinci vitse-prezident Vatikanda... - Foto
İqtisadi böhran qapımızı döyür!
Bakıya leysan yağır
Ramiz Mehdiyev TŞ-da çıxarılacaq - Mədət Quliyev
Kürdəmirdə uşaq bağçasında yanğın olub
Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək


17.07.2017  14:37 

Həbs olunan general oğlundan - Etiraf





A+  A-

"Sürücü Rüstəm Orucovun xəbərdarlıqlarına məhəl qoymayıb".
XəzərNews.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun vəkili Pəhləvan Aslanov bildirib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Rüstəm Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

Rüstəm Orucov saxlanılan zaman ona dövlət hesabına vəkil təyin edilib. Həmin vəkil də 11 saylı hüquq məsləhətxanasının əməkdaşı Pəhləvan Aslanovdur.

Vəkil bildirib ki, Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Rüstəm Orucov barəsində sanksiya seçilib: “Rüstəm Orucov məhkəmədə avtobus sürücüsünü döydüyünü etiraf etdi. Bildirdi ki, sürücü onun valideynlərini təhqir edib. Rüstəm onu xəbərdarlıq edib ki, valideynlərini söyməsin. Onun ifadəsinə görə, sürücü bu xəbərdarlığa məhəl qoymayıb və hadisə məhz bundan sonra baş verib. Məhkəmə Rüstəm barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib”.

Vəkil bildirib ki, hazırda onunla qohumları tərəfindən müqavilə bağlanmayıb: “Mən dövlət tərəfindən təyin edilmişəm. Hazırda istintaq hərəkətləri aparılır. Hələlik mənimlə müqavilə bağlanmayıb. O da ola bilər ki, ailə üzvləri başqa bir vəkillə müqavilə bağlasınlar”.

Xəbər 3174 dəfə oxunub.




17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib


BÜTÜN XƏBƏRLƏR +