Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
“Azercell” qiymətləri kəskin bahalaşdırıb... - 4 manat ödəyəcəyik
Qanun qadağan etsə də... - Sədr müavini 300 minlik sifariş alıb
Bakı Prosesi fərqli dini, etnik və siyasi - Nazir
Əli Həsənov 2 milyardlıq mülklərdən danışdı: “Heç biri ailəmin deyil”
Dadlı borş üçün... - Ukrayna resepti
Milyarder Süleyman Kərimovun 300 milyonluq yaxtası satıldı
Fiko Budapeştdə Putin-Tramp görüşünü alqışlayır
Ramiz Mehdiyev növbəti dəfə ifadə verib... - 7 saata yaxın


08.06.2017  14:11 

Murad Dadaşov: “Elə etməsinlər ki, efirə getməyən kadrları ...“





A+  A-

“Maşın” realiti şounun aparıcısı, Əməkdar artist Murad Dadaşov big.az-a müsahibə verib.
XəzərNews.az xəbər verir ki, o, şouda mübarizəni davam etdirən və verilişi tərk edən iştirakçılar barəsində danışıb.

- Ölkənin ən reytinqli şousu olan “Maşın”ın bu sürətində şounu tərk edən Pərvin iddia edir ki, o, çıxandan sonra verilişin reytinqi düşüb. Hazırda verilişin reytinqi hansı səviyyədədir?

- Budəfəki sürətdə mən özüm efirdən belə bir ifadə işlətdim ki, hələ “Maşın” ətrafında belə ajiotaj olmamışdı. Amma daha sonra araşdırdıq ki, bundan da səs-küylü, bundan da reytinqli buraxılışlarımız olub. Öz növbəsində iştirakçılar da bu şou vasitəsilə daha da populyar olublar. Pərvini isə bir gözəl xanım kimi çox istəyirəm. O da “Maşın”dan öz payını aldı. Populyarlıq payını... Artıq o, sıradan bir gözəl qız deyil, həm də məşhur oldu.

- Keçmiş iştirakçılardan Mehriban Xanlarova da “Maşın”dan narazılıq edib. O, “Şouya baxmıram, çünki mənə maraqlı deyil. Şouda nalayiq söyüşlər söyülür”, - deyib.

- Mehribanın bu haqda danışmağa nə qədər haqqı var? Mehriban Xanlarovanı bir aktrisa kimi çox bəyənirəm. Amma hər bir iştirakçının bizdə arxivləri var. Elə etməsinlər ki, onların efirə getməyən kadrlarını ortaya çıxaraq.

- Öz növbəsində aparıcı İradə İsaq da şouda baş verənlərə etiraz olaraq “Maşın” şouya baxmırıq. Hətta heç vaxt baxmamışıq. Yəqin ki, heç vaxt da baxmarıq”, - söyləyib.

- O "baxmıram" deyənlər ki var, bax, onlar dəqiq baxırlar. Çünki baxmayanlar bu haqda danışmır. Belə də ki, başqa telekanallar var. Qoy, kanalı dəyişib digərinə baxsınlar.

Ümumiyyətlə isə, nə Mehriban, nə İradənin, nə də qeyrisinin mənim tərbiyəmə şübhələri ola bilməz. Çünki mənim layihəm haqda belə sözlər deyənlər, birbaşa mənə söz demiş olurlar. Ona görə ki, bütün bunları mən şəxsən tənzimləyirəm. Heç vaxt da əxlaqsızlığın, söyüşün efirimdə səslənməsinə imkan verə bilmərəm!

Mənim tərbiyəmdən şübhəsi olanlar öz fəaliyyətlərini qarşılarına qoyub təhlil etsinlər. Bütün bu şərhlər mənə təhqirdir və hər biri haqda da xəbərlər gəlib mənə çatır. Sadəcə, hələlik vaxt azlığından hamısına cavab verə bilmirəm.

- Canlı yayımda tezliklə növbəti sürətin də efirə gedəcəyini anons etdiniz...

- Bəli, bu ilin sonunda növbəti “Maşın”ı gözləyin. Artıq dəqiq tarixlər bəlli olsa da, hələlik, öz aramızda qalsın.

Xəbər 4046 dəfə oxunub.




17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +