15.02.2017 10:43
Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti yüksəlib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən "PSG Kapital" investisiya şirkətindən XəzərNews.az-a verilən məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti 1 004-1 005 dollara yüksəlib. Hazırda adı çəkilən istiqrazları 1 004-1 005 dollara almaq və 1 000 dollara satmaq olar.
“PSG Capital” şirkətindən bildirilib ki, növbəti istiqrazların faiz ödənişinin vaxtı yaxınlaşdıqca istiqrazların qiyməti də yüksələcək.
Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. Hər faiz ödənişi zamanı istiqraz sahiblərinə hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar məbləğ ödənilir. İlk faiz ödənişi 17 yanvar 2017-ci ildə olub, növbəti faiz ödənişi isə 17 aprel 2017-ci ildə baş tutacaq.
Dövlət Neft Şirkətinin daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı ilin 17 oktyabrından start verilib.
Xatırladaq ki, bir qədər əvvəl “PSG kapital” şirkəti SOCAR istiqrazlarının alış-satışı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Nəticələrə görə, yanvar ayında 16,5 mln. dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. İstiqraz alanların 72%-ni yeni müştərilər, 28%-ni isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.
|
16.10.2025 22:53
16.10.2025 22:02
16.10.2025 18:21
16.10.2025 17:31
16.10.2025 17:29
16.10.2025 17:28
16.10.2025 17:08
16.10.2025 16:54
16.10.2025 15:32
16.10.2025 15:14
16.10.2025 14:52
16.10.2025 14:32
16.10.2025 14:30
16.10.2025 14:26
16.10.2025 12:59
16.10.2025 12:56
16.10.2025 12:54
16.10.2025 12:52
16.10.2025 12:38
16.10.2025 11:23
16.10.2025 11:14
16.10.2025 11:09
16.10.2025 10:50
16.10.2025 10:28
16.10.2025 10:23
16.10.2025 10:12
16.10.2025 10:09
16.10.2025 10:06
16.10.2025 10:00
16.10.2025 09:56
15.10.2025 22:42
15.10.2025 22:26
15.10.2025 20:45