Dayısının 1 milyon manata yaxın pulunu ələ keçirdi
Prezident Qazaxıstana səfər edəcək
Mehdiyevin oğlunun şirkəti borca düşdü
Prezident yeni səfiri qəbul etdi
Mehdiyevə çağırış olmayıb... - TƏBİB-dən açıqlama
Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib


04.09.2020  13:39 

Erkin Qədirli özünü rəsmən müxalif deputat ELAN ETDİ





A+  A-

“ReAl partiyasının dövlət qeydiyyatına alınması mənim Milli Məclisdə və AŞPA-da nümayəndə heyətində statusumu dəyişdirəcək. ReAl-ın qeydiyyatsız dönəmində mən müstəqil deputat sayılırdım. Bundan sonra rəsmən müxalif deputat sayıla biləcəyəm”.
XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə ReAl Partiyasından olan deputat Erkin Qədirli çıxış edib.

O, bununla bağlı deyib:

“ReAl da rəsmən parlament partiyası sayılacaq. ReAl-ın rəsmən parlament partiyası sayılması, onun, başqa parlament partiyaları kimi, dövlət büdcəsindən maliyyələşməsi məsələsini aktuallaşdıra bilər. Amma burada aydın cavab yoxdur. Belə durumlarda eyni inandırıcılıqla bir-birinə qarşı olan yönlərdən yozum vermək olur. Bir yozuma görə, ReAl bu durumda büdcədən maliyyələşə bilməz, çünki mən seçiləndə ReAl-ın qeydiyyatı olmayıb. Başqa bir yozuma görə, seçki proporsional olmadığına görə ReAl-ın parlamentdə yerləri ReAl-ın qeydiyyatından sonra ona üzv olmuş deputatların hesabına yarana bilər. İndiki halda mənim hesabıma. Proporsional seçkilərdə belə yanaşma doğru sayıla bilməzdi. Ona görə də, bir halda ki, dövlət büdcəsindən maliyyələşmə təcrübəsi var, proporsional seçki sisteminə keçmək gərəkdir. Majoritar sistem bunun üçün yaramır. Ayrıca, şəxsən mənim fikrimə görə, partiyalar dövlət büdcəsindən pul almamalıdır.

AŞPA-da nümayəndə heyətimizə gəlincə, orada mən hələ müstəqil üzv sayılıram, çünki nümayəndə heyəti təsdiqlənəndə ReAl-ın qeydiyyatı olmayıb. Öz parlamentimizdə statusumun dəyişməsi (müstəqildən müxalifə keçməsi) AŞPA-da nümayəndə heyətindəki statusumu avtomatik dəyişdirmir. Mənim statusuma gələn ilin yanvarında yenidən baxılacaq. Aydındır ki, müstəqil qala bilməyəcəyəm. Burada iki variant yaranır: 1) mən AŞPA nümayəndə heyətində qalıram, müxalif deputat kvotasına (1/3) girirəm, amma bunun üçün gərək kimsə o kvotadan çıxsın; 2) mən nümayəndə heyətindən çıxıram, çünki müstəqil kimi qala bilməyəcəyəm, müxalif kvotadan isə kimsə çıxmayacaq. Hər iki halda mənim yerimə başqa birisi müstəqil kvotaya girməli olacaq. Bunun cavabı yanvarda bilinəcək”.

Xəbər 4347 dəfə oxunub.




16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək


BÜTÜN XƏBƏRLƏR +