Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


18.06.2025  17:10 

Karapetyan bu sərvəti necə qazanıb?





A+  A-

Xəbər verdiyimiz kimi, Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni əsilli iş adamı Samvel Karapetyan Ermənistanda saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur “Forbes” nəşrinin siyahısına əsasən hazırda Samvel Karapetyanın 4 milyard dollar sərvəti var.

“Forbes”ə görə Karapetyan Rusiya vətəndaşı Albert Avdolyandan sonra bütün dünyada ən zəngin erməni əsilli şəxs hesab edilir.

1965-ci ilin avqustunda Ermənistan SSR-in Taşir (əvvəl Kalinino) şəhərində doğulan Karapetyan, Yerevan Politexnik İnstitutunu bitirdikdən sonra 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində “Gazprom”a xidmət edən logistika şirkətinə rəhbərlik etməyə başlayıb.

1999-cu ildə “Taşir Group”u yaradıb. Bu holdinqə bağlı 200-dən çox şirkət fəaliyyət göstərir və işçilərinin ümumi sayı 30 mindən çoxdur.

Samvel Karapetyanın Rusiyadakı əsas biznes sahələri aşağıdakılardır:

- Ticarət mərkəzləri: “RIO” brendi altında 16 ticarət kompleksi, 1,1 milyon m² ticarət sahəsi;

- Ofis və anbar sahələri, təxminən 98 000 m² ofis, 48 000 m² anbar;

- 8 otel, o cümlədən məşhur “Novotel Moscow City” və “Ararat Park Hotel Moscow”otelləri;

- Moskva və regionlarda çoxsaylı yaşayış, ofis layihələri inşa edib.

Eyni zamanda, Karapetyan Moskvada uzunmüddətli müqavilələr imzalayıb və mərkəzi küçələrin işıqlandırılmasını həyata keçirib.

Karapetyanın İrəvanda iki böyük ticarət mərkəzi var. Ermənistanın Elektrik Şəbəkələri şirkəti (“Electric Networks of Armenia”) ilə Hrazdan Termik Elektrik Stansiyasının səhmlərini də alıb.

O, həmçinin Moskvadakı “Ararat” futbol klubunu dəstəkləyir və erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir. Qardaşı Karen Karapetyan isə Ermənistanın tanınmış siyasətçilərindən biridir.

Onu da qeyd edək ki, Azərbaycan Prokurorluğu 2021 ci ildə Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib.

Karapetyan eyni zamanada Rusiya Prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi ABŞ-nin sanksiya siyahısına salınıb.

Murad Məmmədov
Yeniavaz.com


Xəbər 1636 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +