“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.02.2022  22:50 

Altı perspektivsiz lider...





A+  A-

İki gün öncə qardaş Türkiyənin 6 müxalifət liderinin bir araya gəlib, zirvə toplantısı keçirməsi sıradan bir hadisə deyildi.

Bu birbaşa Ərdoğanın özünə gövdə göstərişi idi.

Hazırkı iqtidara qarşı birləşən 6 müxalifət partiyasının təmsilçiləri kimlər idi?

CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə bir araya gələn siyasətçilər - İYİ Partiya lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Demokrat Partiyasının başqanı Gültəkin Uysal, Gələcək Partiyasının rəhbəri Əhməd Davudoğlu və DEVA partiyasının sədri Əli Babacan idi.

Sonuncu iki şəxs vaxtilə Ərdoğanın iqtidar komandasında ən önəmli simalardan sayılıblar.

Onların toplantısı mediaya qapalı şəraitdə keçirilib. Toplantıda 2023-cü ildə keçiriləcək ümumi seçkilərin yol xəritəsi üzərində müzakirələr aparılıb.

6 müxalifət partiyasının nümayəndələrinin bu toplantısında gücləndirilmiş parlament sistemi ilə yanaşı, seçki prosesində müttəfiqlik imkanları, seçkidə qalib gəlinəcəyi təqdirdə parlament sisteminə keçidin yol xəritəsi, prezidentliyə namizədin müəyyənləşdirilməsi üsulları da müzakirə olunub.

Əlbəttə, məqsəd 2023-də Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq və Türkiyəni prezidentlik sistemindən yenidən parlament sisteminə qaytarmaqdır. Ancaq bu liderlərin heç biri Ərdoğanı əvəz edə biləcək potensiala və xarizmaya malik deyil.

Birdəki, bu liderlərin heç birinin Azərbaycana qarşı xüsusi, isti münasibəti barədə danışmaq mümkün deyil. Təəssüf ki, onlar Azərbaycanı yolun yarısında tək qoya biləcək səbatsız fiqurlardır.

Bəybala Mirzəyev

Xəbər 1825 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +