Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


04.05.2017  11:08 

Sünnətdə ölən 5 yaşlı Kənanla bağlı təfərrüat - Bu gün ad günüdür...





A+  A-

Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümü ilə bağlı təfərrüatlar məlum olub.
Məlumata görə, azyaşlı ailənin tək uşağı olub. Yaşasaydı, ailəsi bu gün Kənan ad gününü qeyd edəcəkmiş. Onun atası Abutalıb Hüseynov iki il bundan əvvəl dünyasını dəyişib. Ailə hazırda yas içindədir. Yaxınlarının bildirdiyinə görə, uşaq deyildiyi kimi, əməliyyatdan əvvəl yox, məhz əməliyyat zamanı rəhmətə gedib.

Kənanın sünnətini edən həkim Ramiz Sadıqov Masallının Ərkivan kəndində yaşayır. 1 il bundan əvvəl rayonun Kalinovka tibb məntəqəsində işləsə də, sonradan işdən çıxıb.

Sayt Ramiz Sadıqovun özü ilə də əlaqə saxlayıb. Həkim də hadisənin əməliyyat zamanı baş verdiyini təsdiqləyib: “Mən indi danışa bilmərəm. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Hələ ki, polis tərəfindən də dindirilməmişəm. Ekspertizanın rəyi açıqlanandan sonra yəqin ki, mənim də izahatım alınacaq. Ölüm faktı qorxudan, şokdan ola bilər”.

(qafqazinfo.az)


Xəbər 1447 dəfə oxunub.



19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +