Blogerə qarşı yeni cinayət işi açıldı
Azər Qasımlı ilə bağlı qərar verildi - Məhkəmə
İdmançının makiyajsız görünüşü diqqət çəkdi
Mərkəzi Bank “Unibank“a xəbərdarlıq etdi
175 milyard dollar dəyərində “Qızıl Qübbə“
Nazir müavinin qardaşı 1.2 milyonluq tenderin qalibi oldu
Bir az insaf, bir az vicdan! - Gömrükdən şikayət
Ata öz qızını avtobusda döydü
Qayıdış reallaşana qədər... - Prezident
14 kq narkotiklə tutuldular


23.06.2019  11:26 

BMT Baş katibinin müavini Azərbaycana səfərə gəlib





A+  A-

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.
Bu barədə XəzərNews.az-a parlamentin Mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Elşad Həsənov, Asim Mollazadə, Naqif Həmzəyev və Sabir Hacıyev daxildirlər.

Sessiyada təşkilata yeni baş katib seçiləcək, Parlament Assambleyasının səsvermə və etimadnamə prosesduru ilə bağlı dəyişikliklər, Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatı, Qadınlara qarşı zorakılıq üzrə İstanbul konvensiyası: nailiyyətlər və çətinliklər, Uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün Avropa Şurasının köməyi, Bolqarıstan ilə postmonitorinq dialoqu, Suriya probleminin siyasi həlli üçün perspektivlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın sosial komitənin rəy üzrə məruzəçisi kimi “Miqrant uşaqlara qarşı zorakılığın və istismarın qarşısının alınması mövzusunda” məruzə barədə fikirləri dinləniləcək, müzakirələr aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi də qeyd olunacaq.

Xəbər 2016 dəfə oxunub.




21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +