6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


22.05.2019  11:21 

Elmar Məmmədyarov 4 səfirlə GÖRÜŞDÜ





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Sakit okean Alyansına üzv ölkələri olan Meksika, Kolumbiya, Peru və Çilinin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib.
XİN-dən XəzərNews.az-a verilən məlumata, görüşdə nazir Azərbaycanın Sakit okean Alyansının (SOA) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının görüşündə müşahidəçi statusu almasını təqdirəlayiq hal kimi dəyərləndirib. O, adları çəkilən 4 üzv ölkəni, habelə qurumun 4 tərəfdaşı olan Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapuru, eləcə də 57 müşahidəçi ölkəni birləşdirən SOA-nın regional ticari əlaqələrin inkişafında mühum platforma olduğunu bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir. Bu kontekstdə SOA-nın müxtəlif iqtisadi əməkdaşlıq formatları və ayrı-ayrı ölkələrlə inkişaf edən tərəfdaşlığını nəzərə alaraq, Sakit okean məkanının Avropa məkanı ilə birləşdirilməsində vacib rol oynayan Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd olunub.

Hazırda SOA-da sədrlik edən Perunun səfiri xanım Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qosulmasını rəsmi olaraq təsdiq edən sənədi təqdim edib.

Sonra SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından danışıb və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.

Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və s. istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xəbər 1991 dəfə oxunub.




01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +