Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


04.07.2025  14:20 

Sümük iliyinin transplantasiyası... - Rauf Rzayevin əsas nailiyyəti





A+  A-

İyul ayının 7-də Respublikanın tanınmış həkimi, Azərbaycan səhiyyəsində xüsusi xidmətləri və yüksək peşəkarlığı ilə seçilən Rauf Nurəddin oğlu Rzayevin 70 yaşı tamam olur.

Rauf Rzayevin 50 ilə yaxın müddəti əhatə edən həkimlik fəaliyyəti yalnız vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi ilə deyil, eyni zamanda Azərbaycan səhiyyəsinin strateji əhəmiyyət kəsb edən bir sahəsində əldə etdiyi uğurla da səciyyələnir.

Onun həkimlik həyatında mühüm mərhələ 1980-ci illərin əvvəllərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzində (hazırda akademik B.V. Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzi) keçdiyi elmi - cərrahiyyə məktəbi olmuşdur. Elmi işini uğurla müdafiə etdikdən sonra, Moskvada qalaraq elmi-praktik fəaliyyətini davam etdirmək təklifi alsa da, o, doğma Bakı şəhərinə qayıtmağı üstün tutmuşdur. Burada 4 saylı şəhər xəstəxanasında işləməyə başlamış və 20 il ərzində həkim-cərrahdan baş həkimin müavini vəzifəsinədək yüksəlmişdir.



Daha sonra o, Respublika Talassemiya Mərkəzinə rəhbərlik etmişdir. Bu mərkəzdə aparıcı istiqamət həmin xəstəliyin radikal müalicəsi – sümük iliyi transplantasiyasının həyata keçirilməsi olmuşdur. Məhz sümük iliyinin transplantasiyasının Azərbaycanda yaradılması və tətbiqi Rauf Rzayevin fəaliyyətinin əsas nailiyyəti hesab edilir.

Belə ki, məhz Rauf Rzayevin rəhbərliyi və bilavasitə iştirakı ilə ölkə səhiyyəsi tarixində ilk dəfə olaraq qohum donordan götürülmüş sümük iliyi uğurla köçürülmüşdür. Şübhəsiz ki bu mühüm əməliyyatın baş tutmasında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müstəsna xidməti qeyd olunmalıdır. Bu tibbi yenilik Azərbaycan təbabətində transplantologiya sahəsində yeni mərhələnin başlanğıcını qoymuşdur.



Rauf Rzayevin fəaliyyəti beynəlxalq elmi-tibbi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmiş, o, ABŞ-da və bir sıra Avropa ölkələrində keçirilən elmi konfranslar və tibbi forumlarda Azərbaycan təbabətini - layiqincə təmsil etmişdir.

Ötən ildən etibarən Rauf Rzayev Ali təhsil ocağında - Avrasiya Universitetində tibbi bilik və təcrübəsini gənc nəsillə - tələbələrlə paylaşaraq pedaqoji fəaliyyətlə məşğuldur.



Doktor Rauf Rzayevə möhkəm can sağlığı, yeni nailiyyətlər və uğurlarla dolu uzun ömür arzulayırıq.

Zəhra Rahib

Xəbər 1384 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +