Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


08.11.2018  09:54 

Amaliya Pənahova vəfat etdi





A+  A-

Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, A. Pənahova gecə saatlarında vəfat edib: "Amaliya xanım bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi".

Qeyd edək ki, xalq artistinin 73 yaşı var idi.

Xatırladaq ki, A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Milli Məclisin deputatı olub.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Xəbər 1938 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +