Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


02.08.2021  15:48 

Türkiyənin daha iki bölgəsində yanğın başladı





A+  A-

Türkiyə meşə yanğınları ilə mübarizəni davam etdirir.
XəzərNews.az “NTV”yə istinadən xəbər verir ki, Antalya və Muğla ilə yanaşı, Isparta və Denizlidə də meşə yanğınları başlayıb.

Belə ki, Ispartada “Yazılı Kanyon Tabiat Parkı” adlı ərazidə meşəlik ərazidə səbəbi bəlli olmayan yanğın başlayıb. Küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə yayılan yanğını söndürmək üçün bölgəyə briqadalar cəlb olunub. Hazırda yanğını nəzarətə almaq üçün əməliyyat gedir.

Denizlidə isə Buldan adlı bölgədə başlayan yanğının söndürülməsi istiqamətində işlər görülür. Burada da yanğının hansı səbəbdən baş verdiyi hələ ki aydın deyil.

Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, son 6 gündə 31 bölgədə 129 yanğın nəzarət altına alınıb.

O, bununla yanaşı əlavə edib ki, 4 vilayətdə 9 yanğınla mübarizə davam edir. Nazir əlavə edib ki, 16 təyyarə və 51 helikopter ilə havadan yanğına müdaxilə edilir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə Muğlada 10 min sakinin təxliyyə edildiyini deyib.

Təxribatla bağlı məlumatlara toxunan S. Soylu bildirib ki, 300-ə yaxın məlumat daxil olub və onların hər biri araşdırılır.

Xəbər 3543 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +