Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


15.02.2019  10:56 

Röya yenə Aygünə söz atdı





A+  A-

Əməkdar artist Röya Ayxan Xalq artisti Aygün Kazımovaya yenə söz atıb.
XəzərNews.az xəbər verir ki, müğənni bu barədə ötən günkü konsertindən əvvəl KİV-lərin suallarına cavab verərkən danışıb.

Röya tezliklə “Kristal Hall”da konsert verəcəyini qeyd edib. Sənətçi A. Kazımova kimi səhnədə şou göstərməyəcəyini söyləyib:

“Bu gün konsert proqramını elə qurmuşam ki, öz ailəm ilə istirahət etmək istədim. Bu konsertim “Crystal hall”da verəcəyim konsertin başlanğıcıdır. İki il bundan əvvəl demişdim ki, mən başlasam, “Röyavision” olacaq. Divanda oturub, kimsə məni ora-bura aparası və yaxud ipdən sallanası deyiləm. Yıxılsam da, səhnədə yıxılacağam. Bu gündə isə xanımlarımıza bir söz deyə bilərəm ki, birinci özləri-özlərini sevsinlər, hörmətli olsunlar”.

Qeyd edək ki, Aygün Kazımova “Crystal hall” konsertində Röyanın sadaladığı rəqs elementlərini nümayiş etdirmişdi.

Xəbər 2887 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +