“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


15.05.2025  16:21 

Səfir AMB-nın sədri ilə görüşüb





A+  A-

Görüş zamanı Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsinin buraxılması mümkünlüyü müzakirə olunub.

XəzərNews.az xəbər verir ki, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel ölkənin Mərkəzi Bankının Sədri Taleh Kazımov ilə görüş keçirib.

A.Bayel Qazaxıstan-Azərbaycan münasibətlərinin, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. Xüsusilə, Qazaxıstanın Milli Bankı, QR-nın Maliyyə Bazarlarını Tənzimləmə və İnkişaf Agentliyi və Astana Beynəlxalq Maliyyə Mərkəzi Azərbaycanın Mərkəzi Bankı ilə səmərəli münasibətlər qurublar.

Diplomat həmçinin Taleh Kazımova 27 may 2025-ci il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi Banklarının Şurasının birinci iclasına dəvətnaməni təqdim edib.



Öz növbəsində, Azərbaycan Respublikasının Mərkəzi Bankının Sədri bu tədbirdə iştirak edəcəyini təsdiqləyib və, Şuranın yaradılması təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürüldüyünü vurğulayıb. O, həmçinin, iki ölkənin mərkəzi bankları təcrübə mübadiləsi və beynəlxalq platformalarda uğurla əməkdaşlıq etdiyini qeyd edib.



Xəbər 3146 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +