14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


27.10.2021  09:59 

İntihara cəhd edən şəhid anasını İcra başçısı qəbul etmirmiş - Video





A+  A-

Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhdi ilə bağlı onun valideyni açıqlama verib.
V. Məmmədovanın anası Almaz Məmmədova Baku TV-yə bildirib ki, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir. O qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb: “Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get iş yoxdur. Deyir heç olmasa, məni İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?...”

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb. Bildirib ki, onu İcra Hakimiyyətində qəbul etməyiblər. Şəhid anası icra başçısı tərəfindən qəbul olunmağı xahiş edib.

Xatırladaq ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən isə saytımıza verilən açıqlamada deyilir ki, şəhid anasının intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb".



Xəbər 1612 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +