Qayıdış reallaşana qədər... - Prezident
14 kq narkotiklə tutuldular
Lavrovun Yerevanda etirazla qarşılanması təəccüblü deyil – Şərh
“Bayburt Grup“un 6 milyondan çox vergi borcu var
Həmyerlimiz Mayamidə faciəli şəkildə həlak oldu
İşdən çıxarılan direktorun “ürəyi gedib“?
Yeni kənd təsərrüfatı naziri təyin olundu
Tanınmış iş adamı vəfat etdi
İrandakı səfirliyimizə hücum edən şəxs edam OLUNDU
“Şəki” restoranına milyonluq kompensasiya


19.09.2020  13:46 

Əlilliklə bağlı layihə hökumətə təqdim olundu - Yeni meyarlar





A+  A-

“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabinetinə təqdim edilən layihədə əlilliyin xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərilə ifadə olunması nəzərdə tutulur.

Yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır.

Əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlara əsasən, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşması insan orqanizmi funksiyalarının IV dərəcə (81-100%), III dərəcə (61-80%) və II dərəcə (31-60%) itirildiyi hallarda təyin ediləcək. İnsan orqanizmi funksiyalarının I dərəcə itirilməsi zamanı (10-30%) yalnız peşə xəstəliyi və əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılacaq.

18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən ediləcək.

“Əlilliyin müəyyən olunması meyarları” layihəsi hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “Fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Ümumdünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub.

Xəbər 1897 dəfə oxunub.




21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular

21.05.2025  10:41 

Tanınmış iş adamı vəfat etdi

20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir


BÜTÜN XƏBƏRLƏR +