İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


28.11.2019  10:15 

Gürcüstanda bu gün də aksiya keçirilir





A+  A-

Gürcüstan parlamentinin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasından olan deputatları bu gün plenar iclasa toplaşacaqlarını, müxalifət və gənc təşkilatlar isə növbəti piket keçirəcəklərini bəyan ediblər.
XəzərNews.az-ın “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, ölkənin Daxili İşlər Nazirliyi müxalifətin elan etdiyi piketlə əlaqədar parlament ərazisinə çox sayda polis cəlb edib.

Parlament binasının girişi dəmir konstruksiyalar ilə bağlanıb.

Artıq müxalifət partiyalarının liderləri və fəallarının bir qismi Rustaveli prospektində Gürcüstan parlamentinin qarşısına, digərləri isə parlamentdən çox da uzaq olmayan Xarici İşlər Nazirliyinin binasını qarşısına toplaşıblar.

Xatırladaq ki, millət vəkilləri proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya düzəlişi qəbul etmədikləri üçün noyabrın 14-dən Tbilisidə etiraz aksiyaları başlayıb. Müxalifət hakimiyyəti tələbləri yerinə yetirilməyincə, nümayişlərin dayanmayacağı barədə xəbərdarlıq ediblər.

Xəbər 3087 dəfə oxunub.




20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +