Dərbəndə azərbaycanlı rəhbərlik edəcək
Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü


19.05.2025  11:16 

“Siz 5000-lə dolana bilmirsiz, vətəndaş 285 manatla dolansın?”





A+  A-

Hörmətli deputatımız Səyyad Aranın sözlərindən belə çıxır ki, vətəndaş 285 manatla yaşaya bilər, deputatlar isə 7000 manatla dolana bilmir.

XəzərNews.az xəbər verir ki, bu sözləri bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deputat Səyyad Aranın sözlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, heç nə etmədiyi halda deputatlara bu qədər maaş verilməsi heç doğru da deyil:

“Deputat Səyyad Aran deyib ki, 5000 manat maaş alıram, necə qənaət edib maşın alım. Əvvəla, deputat maaşı 5000 deyil, 7000-dən çoxdur. Ən əsası isə 16 dekabr 2024-cü ildə Milli Məclis yekdilliklə yaşayış minimumu və ehtiyac meyarının həddini 285 manat məbləğində müəyyən edib. Yəni hörmətli deputatlarımız hesab edir ki, vətəndaşımızın yaşaması üçün 285 manat kifayətdir. Yəni 7000 manatdan çox maaşı özünə az bilən deputat hesab edir ki, sıravi vətəndaş 285 manatla yaşaya bilər.

Həm də mən başa düşmürəm ki, bizim deputatlara sırf düymə basmağa görə niyə bu qədər maaş verirlər. Axı onlardan hansısı heç olmasa bir qanun layihəsini hazırlayıb təqdim edib? Heç biri! Halbuki, deputatın işi məhz budur: qanunverici olmaq, qanun layihələri hazırlamaq”.

Xəbər 1472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +