Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


29.07.2024  16:09 

Türkiyədə azərbaycanəsilli siyasətçilərlə bağlı araşdırmalar davam etdirilir





A+  A-

“Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində araşdırmalar davam edir.

İB-dən Xəzərnews.az-a verilən xəbərə görə, layihə rəhbəri Cəmaləddin Quliyev bu məqsədlə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə ezam edilib. Ezamiyyə müddətində İctimai Birliyin Türkiyə nümayəndəsi, “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Ramiyə Məmmədovanın da iştirakı ilə bir sıra görüşlər keçirilib.

Türkiyəli siyasət araşdırmaçısı, Azərbaycanda milli dövlət yaranması mövzusunda elmi iş müəllifi, azərbaycanəsilli ictimai-siyasi fəal Mehmed Qiyas Azəritürk, Azərbaycan Mədəniyyət Mərkəzinin (Kültür Dərnəyinin) sədri Cəmil Ünal, Türkiyə Abidələr (anıtlar) Cəmiyyətinin sədri Səlcuq Önal, Türkiyədə çalışan tədqiqatçı alim Mərziyə Məmmədli, Türk Yapon Dostluq Cəmiyyətinin sədri, professor Nejat Bora Sayan, TADİV koordinatoru Əliəkbər Tufan, uzun illər Azərbaycan diasporunun rəhbərlərindən olmuş Mehmet Kəngərlinin qızı, tanınmış vəkil Sevil Kəngərli, Azərbaycan mühacirətinin tədqiqatçısı Adəm Ağar və başqaları ilə görüşlərdə Türkiyə Cümhuriyyətinin quruluşunda, ilk siyasi təşkilatların, eləcə də hüquq müdafiə və qadın hüquqları təşkilatlarının yaranmasında, pantürkizm, panislamizm, siyasi liberalizm, sosializm kimi siyasi ideologiyaların yayılmasında, parlamentarizmin inkişafında xüsusi rol oynamış azərbaycanəsilli şəxslərin həyatı, onların irsi haqda söhbətlər aparılıb, yeni fakt və məlumatlar əldə edilib.

Ezamiyyə müddətində Ankara Millət Kitabxanasının bazasında mövzuya uyğun materiallar araşdırılıb, eləcə də ödənişli və ödənişsiz elektron arama alətlərinin köməyi ilə Türkiyə arxivlərində saxlanan, mövzuya uyğun müəyyən materialların bir qismi nəzərdən keçirilib.





Xəbər 4317 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +