Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


07.02.2025  12:23 

Gürcüstanda “oğru dünyası“ ilə əlaqəsi olan şəxslər saxlanıldı





A+  A-

Tbilisi, İmereti və Sameqreloda üç nəfər “qanuni oğru” olmaqla ümumilikdə 26 nəfər saxlanılıb, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq zamanı müəyyən olunub ki, saxlanılanlar – “oğru aləmi”nin üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər.

Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək məqsədilə xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayıb və “oğru mübahisələri” təşkil ediblər.

"Oğru aləmi"nin üzvləri kimi saxlanılanlar əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü L.Ç., 1967-ci il təvəllüdlü M.P. ("Paço" ləqəbli), 1987-ci il təvəllüdlü Z.M., həmçinin əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü D.K. ("Mesto" ləqəbli), 1980-ci il təvəllüdlü V.B. ("Koço" ləqəbli), 1985-ci il təvəllüdlü R.M isə qiyabi ittiham irəli sürülüb.

"Oğru yığıncağında iştirak" ittihamı ilə saxlanılanlar isə 1977-ci il təvəllüdlü M.G. ("Karate" ləqəbli), 1985-ci il təvəllüdlü G.Ç., 2001-ci il təvəllüdlü B.S., 1970-ci il təvəllüdlü M.U. ("Budzqa" ləqəbli), eləcə də ağır cinayətlərə görə əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü G.A. ("Tekia" ləqəbli), 1967-ci il təvəllüdlü G.S., 2001-ci il təvəllüdlü A.K., 2001-ci il təvəllüdlü S.B., 1963-cü il təvəllüdlü G.G., 1974-cü il təvəllüdlü M.M. və 1979-cu il təvəllüdlü Z.B.

"Oğru aləminin fəaliyyətini dəstəkləmə" faktına görə saxlanılanlar 1997-ci il təvəllüdlü S.G., 1995-ci il təvəllüdlü M.Q., həmçinin əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1974-cü il təvəllüdlü S.Q., 1980-ci il təvəllüdlü K.Ç., 1997-ci il təvəllüdlü İ.B. və 1989-cu il təvəllüdlü R.G

"Oğru aləmi üzvünə müraciət etmə" ittihamı ilə saxlanılanlar əvvəllər məhkum olunmuş şəxslərdir - 1985-ci il təvəllüdlü S.S., 1978-ci il təvəllüdlü K.Ç. və 1986-cı il təvəllüdlü Ş.V.

"Odlu silahın qanunsuz əldə edilməsi və saxlanması" ittihamı ilə saxlanılan şəxs əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Q.D.

"Qanuni oğru" ittihamı ilə qiyabi ittiham irəli sürülən şəxslər isə hazırda Gürcüstan hüdudlarından kənarda olanlardır: 1977-ci il təvəllüdlü Ceyran Kintsuraşvili, 1987-ci il təvəllüdlü Kako Tuquş ("Enzo" ləqəbli) və 1976-cı il təvəllüdlü Mamuka Çxaberiya ("Mamuka Xonski" ləqəbli).

Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar istintaq gizli formada bir neçə ay davam edib.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında bir neçə ay ərzində həyata keçirdiyi gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan "oğru aləmi" üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasındakı maliyyə mübahisələrinin həllində iştirak ediblər. Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək üçün xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayıb və “oğru razborkaları” təşkil edirdilər.

İstintaq məlumatlarına görə, təqsirləndirilən şəxslər “oğru ənənələrinə” uyğun olaraq qərarlar qəbul edib və tərəflərdən birini digərinin, eləcə də öz xeyirlərinə ödəniş etməyə məcbur ediblər. Polis, saxlanılanların şəxsi və yaşayış evlərində axtarışlar zamanı maddi sübut kimi kompüter texnikası və mobil telefonlar aşkar edib, hansılar ki, onlar bir-biri və xaricdəki “qanuni oğrular”la əlaqə saxlamaq üçün istifadə ediblər. Bundan əlavə, odlu silahlar, patronlar, güllələr və narkotik maddə – “marixuana” götürülüb.

"Qanuni oğru", "oğru aləmi"nin üzvü olma, "oğru aləmi" üzvünə müraciət etmə, "oğru aləmi"nin fəaliyyətini dəstəkləmə, "oğru yığıncağında iştirak" və "odlu silahın qanunsuz əldə edilməsi və saxlanması" faktları üzrə istintaq Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin 1-ci və 2-ci hissələri, 223-cü tersiya maddəsinin 2-ci hissəsi, 223-cü sekunda maddəsi, 223-cü kvarta maddəsinin 1-ci hissəsi və 236-cı maddəsi əsasında aparılır.

Saxlanılan şəxsləri 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər 1826 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +