Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


06.02.2025  12:40 

Tramp viral xəstəliklərə görə miqrantların ABŞ-yə daxil olmasını qadağan edə bilər





A+  A-

ABŞ prezidenti Donald Trampın administrasiyası virus xəstəliklərinin yayılması ilə mübarizə bəhanəsi ilə sığınacaq istəyən əcnəbilərin ölkəyə girişini qadağan etməyi düşünür.

Xəzərnews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Jurnalistlərin fikrincə, Amerika rəhbərliyi 42-ci bölmənin təsirini yeniləmək istəyir.

Dəyişiklik 2020-ci ilin martında qəbul edilib və COVID-19-un yayılmasına qarşı mübarizə çərçivəsində qeyri-qanuni miqrantların deportasiyasını nəzərdə tutur.

Məqalədə qeyd olunur ki, ABŞ -da qızılca və vərəmin yayılması təhlükəsi indi sığınacaq axtaranların deportasiyası üçün bəhanə ola bilər. Jurnalistlərin müəyyən etdiyi kimi, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti miqrasiya fonunda virus xəstəliklərinin yayılması ilə bağlı vəziyyəti izləmək üçün öz işçilərini cənub sərhədinə göndərmək niyyətindədir.

Hazırda Kanzas ştatında vərəm epidemiyası müşahidə olunur, Texas ştatında və bir sıra digər regionlarda qızılcaya yoluxma halları qeydə alınıb. Lakin məqalədə vurğulanır ki, bu hadisələrin əcnəbilərin axını ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

Aylin
XəzərNews.az



Xəbər 1677 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +