Prezident Pakistanlı siyasətçi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


03.07.2025  11:40 

Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür





A+  A-

Masallıda “İstisu” kimi tanınan istirahət mərkəzinin yaxınlığındakı meşə zolağı zibil tullantıları ilə çirkləndirilib.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, məsələ ilə bağlı yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Masallı–Yardımlı yolu boyunca yerləşən müxtəlif meşəlik ərazilər buraya ziyarətə gələn şəxslər tərəfindən zibillənir.

“Əraziyə nəzarət olunmadığı üçün hər gələn özü ilə gətirdiyi ərzağı yeyib-içdikdən sonra qalıqları elə meşəyə atıb gedir. Buna görə də hər tərəf zibil içindədir. Nə təmizləyən var, nə də gələnlərə "dur" deyən”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, sözügedən istirahət mərkəzi hər il yay mövsümündə turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir.

Xəbər 397 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +