İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


19.05.2025  19:54 

Duo Avey ansamblı Parisdə hərarətlə qarşılandı - Foto





A+  A-

Parisdə yerləşən Temple Montparnasse Plaisance konsert zalında unudulmaz bir musiqi gecəsi baş tutdu.

XəzərNews.az xəbər verir ki, Azərbaycanlı musiqiçilər — pianoçu Eldəniz Ələkbərzadə və fleytaçı Ağarahim Quliyev tərəfindən yaradılmış Duo Avey ansamblı, fransız tamaşaçılar üçün öz incə və dərin musiqi proqramını təqdim edib. Onlara bu dəfə də daimi əməkdaşlıq etdikləri fransız violonçel ifaçısı, ansamblın dəvətli solisti Laure Volpato qoşulub.

Konsert proqramı fransız, alman və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət olub. Klassik musiqinin incəliklərini, mədəniyyətlərin musiqi vasitəsilə necə birləşə biləcəyini bir daha sübut edən bu axşam, tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.



Xüsusilə qeyd olunmalıdır ki, Duo Avey bütün çətinliklərə, dəstəyinin olmamasına baxmayaraq, öz fəaliyyətini inadla və böyük həvəslə davam etdirir. Onlar Azərbaycan klassik musiqisini Avropa səhnələrində təbliğ etmək missiyasını uğurla yerinə yetirirlər. Konsertdə səslənən Fikrət Əmirovun, Qara Qarayevin və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri dinləyiciləri sanki Bakıdan Parisə uzanan musiqi körpüsündə səyahətə çıxarıb.

Bu cəsarətli və peşəkar musiqiçilərin təşəbbüsü bir daha göstərir ki, həqiqi sənətə olan sevgi və inam hər bir maneəni aşa bilər.



Duo Avey təkcə Azərbaycan musiqisini deyil, həm də onun ruhunu və zəngin mədəni irsini Avropa auditoriyasına tanıdır və sevdirməyi bacarır.

Xəbər 1316 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +