Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


17.10.2018  18:43 

Bakının mərkəzində yol çökdü





A+  A-

Bakının Səməd Vurğun prospektində asfalt çöküb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında olub. İlkin məlumata görə, asfaltın 60 metr hissəsi sağa tərəf uçub və 2-3 metr enində yarğan yaranıb.

Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, asfalt tikinti şirkətinin yolun kənarına svay vurmaması nəticəsində uçub.

Bina tikintisini həyata keçirən "Pilot İnşaat" MMC-nin icraçı direktoru Nuran Həsənzadə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, uçqunun səbəbi onların tikintisi deyil: "Yolda uçqun bu gün səhər saatlarında olub. Bir neçə ay əvvəl güclü yağış zamanı Maliyyə Nazirliyinin yanında kanalizasiya xətləri bərbad hala düşmüşdü və suyu torpağa, həm də rabitə borularına buraxmağa başlamışdı. Dünənki yağışlar və həmin kanalizasiya suyu torpağı yuyub, nəticədə uçqun olub. Biz bina tikintisi zamanı təkcə asfalt tərəfə 70-ə yaxın svay vurmuşuq. Sadəcə bizim binanın yerləşdiyi torpaq ərazi yoldan 2 metr aşağı səviyyədədir. Buna görə də yol svayın olmadığı hissədə uçub. Svaylar asfaltdan 2 metr aşağıdadır.

Uçqun nəticəsində binaya heç bir ziyan dəyməyib".

Hazırda ərazidə uçqun nəticəsində yaranan torpaq qalıqları təmizlənir, daha sonra isə təmir-bərpa işlərinə başlanılacaq.

Xəbər 3327 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +