Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı


02.07.2025  18:00 

Sürücüləri təhlükəyə atan qarpız maşınları... - Cəlilabadda





A+  A-

Yay ayları yaxınlaşdıqca Cəlilabadın köhnə Ələt-Astara magistralının bəzi hissələri qeyri-rəsmi ticarət məkanına çevrilməkdədir. Yolboyu kiçik tutumlu yük avtomobillərinin üzərində bostan bitkiləri, qarpız və yemiş kimi mövsümi məhsullar satışa çıxarılır.

XəzərNews.az xəbər verir ki, Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, sürücülərin bu məhsullara maraq göstərməsi səbəbindən magistralın hərəkət hissəsində qəfil dayanması tez-tez müşahidə olunur. Bu isə xüsusilə intensiv avtomobil axınının olduğu saatlarda ciddi təhlükə yaradır. Qarpız almaq üçün avtomobilini yol kənarında saxlayan sürücü həm özü, həm də arxadan gələn nəqliyyat vasitələri üçün təhlükəyə səbəb olur.

Təhlükə yalnız sürücülərlə məhdudlaşmır. Yolun qarşı tərəfində dayanan müştərilər bu məhsulları almaq üçün yoldan keçməyə çalışarkən, onlar da hər an qəzanın qurbanına çevrilə bilərlər.

Qeyd edək ki, bu vəziyyət xüsusilə Cəlilabad rayonunun ərazisindən keçən magistral hissədə daha qabarıq şəkildə hiss olunur. Günbəgün yol kənarında satışla məğul olan avtomobillərin sayı artır və bu hal nəinki yol hərəkəti iştirakçıları, hətta yerli əhali üçün də narahatlıq yaradır.

Ekspertlər bildirirlər ki, bu cür hallar ciddi nəzarət mexanizmləri olmadan davam edərsə, həm yol-nəqliyyat hadisələrinin sayı arta, həm də magistral yollarda təhlükəsizlik tamamilə pozula bilər.



Xəbər 317 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +