Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


10.06.2025  12:37 

“Norm” ASC “Best Managed Companies Azerbaijan 2025”in qalibi olub





A+  A-

Delotte tərəfindən təşkil olunan və Azərbaycanın mükəmməl idarə olunan şirkətlərinin seçildiyi “Best managed companies of Azerbaijan 2025” müsabiqəsinin qalibləri açıqlanıb. 5 iyunda baş tutan rəsmi təltifetmə mərasimində “Norm” ASC də qaliblər sırasında yer alıb. Şirkətin strateji idarəetməsi, maliyyə dayanıqlığı, insan resurslarının davamlı inkişafı və korporativ sosial məsuliyyət sahəsində həyata keçirdiyi qabaqcıl təşəbbüslər onun bu nüfuzlu mükafata layiq görülməsində həlledici rol oynayıb.

Qeyd edək ki, bu, “Norm” ASC-nin sözügedən müsabiqədə ikinci qələbəsidir. Şirkət “Ən yaxşı idarə olunan şirkət” statusunu ilk dəfə 2023-cü ildə, müsabiqəyə ilk dəfə qoşulduğu zaman əldə edib. 2025-ci ildə müsabiqəyə ikinci dəfə qoşulan şirkət, bu uğuru təkrarlamaqla, yüksək idarəetmə keyfiyyətinin davamlı olduğunu təsdiqləyib.

Qlobal miqyasda tətbiq edilən “Best managed companies” müsabiqəsi 30 ildən artıqdır ki, 46 ölkədə tətbiq olunur. Müsabiqənin qiymətləndirmə meyarları strategiya, insan kapitalı, sosial öhdəlik və maliyyə nəticələri üzərindən formalaşdırılır və iştirakçı şirkətlərin fəaliyyəti müstəqil münsiflər heyəti tərəfindən təhlil edilir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.








Xəbər 2339 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +