Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski
Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?
Rusiya ordusu Xersonu vurdu: Ölən və yaralananlar var
Çin Əliyev və Putini bu cür qarşıladı, fərq diqqət çəkdi - Video
Rusiyada güclü yanğın
Ərdoğan Si Cinpinlə görüşdü
Azərbaycanlı iş adamı ən böyük mağazalarını itirdi


17.11.2023  15:20 

“Milyon illər sonra görüşdük” - Azərbaycan və İtaliya mədəni əlaqələrinin nümunəsi





A+  A-

İtaliya Respublikasının Bakıdakı səfirliyi gənc italyan şairlərinin Azərbaycanda tanınmasına və Azərbaycan poeziyasındakı son tendensiyaların Italiyada təbliğinə yönəlmiş layihə həyata keçirib. Səfirliyin və "SÖZ" layihəsinin rəhbəri Nigar Həsənzadənin əməkdaşlığı ilə işıq üzü görən “Milyon illər sonra görüşdük” antologiyasında iki ölkənin gənc şairlərinin yer alan şeirləri maraqlı poeziya nümunələridir.

İtaliyanın Azərbaycandakı səfirinin iqamətgahında baş tutan təqdimatda qeyd edildi ki, nəşrlə bağlı fikir şair Davide Rondoninin 2019-cu ilin sentyabrında Bakıda keçirilən “Nəsimi- şeir, incəsənət, mənəviyyat” adlı festivalda iştirakı zamanı yaranıb. Nəşr Rondoninin və Azərbaycan hissəsi üzrə şairə, “SÖZ” layihəsinin rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) Mədəniyyət, təhsil və humanitar məsələlər komitəsinin sədri Nigar Həsənzadənin kuratorluğu ilə nəşrə hazırlanıb.



Səfir Klaudio Taffuri Antologiyanın nəşrini Azərbaycanla İtaliya arasında mədəni əlaqələrin layiqli nümunəsi kimi dəyərləndirdi:

“Azərbaycanla İtaliya arasında əlaqələr daha dərin tarixə əsaslanır. Biz iki tamam fərqli dildə danışırıq, amma hisslərimiz bir-birinə çox yaxındır. Dünyanın hər hansı yerinə gedirsən get, sənin Vətənin şüurunun apardığı yerdir. Bu, Vətən sənin üçün ən yaxın və doğma olan yerdir. Elə bilirəm, bu konsept sizin tərəfinizdən də yaxşı anlaşılır və bizim tariximizin bir çox zamanlarında bizim üçün də belə olub”.

Diplomat layihənin maraq doğurmasına diqqət çəkdi:

“Bu layihə ona görə maraq doğurur ki, Azərbaycanla İtaliya arasındakı əlaqələr yalnız iqtisadi və ticari əməkdaşlıq deyil, həm də mədəni əlaqələrdir. Bu gün biz neft və qaz sahəsindən fərqli sahədən danışırıq. Biz italyanlar əlaqə qurduğumuz ölkələrlə müştərək işlərə üstünlük veririk. Mənə görə, şeir və şeriyyət bir xalqın hisslərinin özünüifadə formasıdır”.



Layihənin kuratoru şairə, “SÖZ” layihəsinin rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) Mədəniyyət, təhsil və humanitar məsələlər komitəsinin sədri Nigar Həsənzadə antologiyanın nəşrinə göstərdiyi dəstəyə görə İtaliyanın Azərbaycandakı səfirliyinə minnətdarlıq etdi:

“Poeziya ədəbiyyatda fərqli janrdır, daha isti daha səmimidir. Və bu poeziyanın təqdimatı üçün seçilən məkan – cənab səfirin evi ən gözəl məkandır”.

N.Həsənzadə qeyd etdi ki, azərbaycanlı və italyan gənc şairlərin şeirlərindən ibarət ortaq layihə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın ən parlaq nümunələrindən biridir:

“Hesab edirəm ki, hər iki antologiyanın Azərbaycanda və İtaliyada iki dildə nəşr olunması gənc müəlliflər arasında tanışlıq, həmçinin gələcəkdə qarşılıqlı yaradıcılıq işləri üçün yeni imkanlar açacaq”.



Şairə bildirdi ki, hər iki ölkə müasir dünya ədəbiyyatının inkişafında rol oynamış və hələ də bu xəzinəyə öz töhfələrini verən dərin tarixi köklərə, dəyərli poetik ənənələrə malikdir:

“Ölməz Dante və şair Petrarka! Şərq poeziyasının əvəzolunmaz inciləri Nizami və Nəsimi! Yəqin, elə bir poeziya vurğunu yoxdur ki, dünya şeriyyatına qiymətli xəzinələr bəxş etmiş bu adları eşitməsin”.

N.Həsənzadə bildirdi ki, yüksək texnologiyaların, virtual ünsiyyətin aktual olduğu bir dövrdə yaşamağımıza baxmayaraq, şeir yenə də insan duyğularına və şüuruna sirayət edə bilir, bizi sevindirməyə, heyrətləndiməyə davam edir”.



Gecədə şairlər Azərbaycan və italyan dilində şeirlər səsləndirdilər.

Qeyd edək ki, kitabların nəşri 2021-ci ildə reallaşıb. Antologiya ikili nəşr formatındadır: azərbaycanlı gənclərin şeirlərindən ibarət olan italyan versiyası “Capire Edizioni” nəşriyyatı, italyan şeirləri Azərbaycan dilində tərcüməsi ilə birlikdə isə Azərbaycan versiyasında “Sərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edilib.

Əsərlərin tərcüməsi Züleyxa Muradovaya, redaktəsi Seyfəddin Hüseynliyə, nəşrin koordinasiyası Aydan Əliyeva və İzabella Serraya aiddir.

Antologiyada italyan şairlərindən Daniele Cuztolizi, Daniele Menkarelli, Eva Laudaçe, İzabella Leardini, İzabella Serra, Azərbaycan şairlərindən Şəhriyar del Gerani, Fərid Hüseyn, Akşin Yenisey, Qismət Rüstəmov və b. şeirləri yer alıb.
















Lalə
Xəzərnews.az


Xəbər 3589 dəfə oxunub.




31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın

31.08.2025  13:29 

Ucarda yaşayış evi yanıb

31.08.2025  13:26 

Sabahın havası açıqlandı

31.08.2025  13:24 

Ərdoğan Si Cinpinlə görüşdü

31.08.2025  01:30 

Günəş Yerə plazma buludu atıb

31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +