Nəqliyyatda tələbələrə güzəşt edilsin - Deputat
Amerika səfirliyində yarım milyonluq yeyinti...
“Qarabağ” nə qədər qazanacaq?
“Caspian International Hospital”ın 25 milyon manat vergi borcu var
Sabiq səfirin qızı işdən niyə çıxarılıb?
Paşinyan: Bəli, Azərbaycanla sülh yaranıb...
Ermənistan Aİİ-dan çıxa bilər - Paşinyan
Ukraynaya PUA-sı Putinin sarayının yaxınlığına düşüb
Kiyevə hücum: Ölənlərin sayı 15-ə çatıb
Avtobuslarda gedişhaqqı 1 manat olacaq?


12.07.2023  15:33 

Hacı İbrahim daha bir məhkəmə qarşısına çıxır





A+  A-

Hacı İbrahim kimi tanınan iş adamı İbrahimov İbrahim Hüseyn oğlu və vaxtı ilə onun rəhbərlik etdiyi “Avesta Konserni” MMC (VÖEN – 200020201) barəsində məhkəmə iddiası qaldırılıb.

Hacı İbrahim və “Avesta Konserni” barəsində məhkəmə iddiası Əliyev Adil Şirməmməd oğlu tərəfindən qaldırılıb.

Məhkəmə iddiası bu gün - 12.07.2023-ci il tarixində Bakı Appelyasiya Məhkəməsində hakim Elnur Həsənovun icraatına verilib.

Bildirilir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Məlumat üçün bildirək ki, “Avesta Konserni” MMC-nin hazırda dövlət büdcəsinə də böyük həcmdə - 683 min 938 manat 43 qəpik vergi borcu var.

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Hacı İbrahim haqqında məhkəmə iddiası qaldırıb. O zaman “Avesta Konserni” MMC-nin dövlət büdcəsinə 83 min manat borcu olub. Daha sonra “Avesta Konserni” MMC-nin direktoru Araz Nadirov olub. Araz Nadirov da iş adamına yaxın şəxslərdən biri hesab olunur.

Qeyd edək ki, Hacı İbrahim bir-neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsilə gündəmə gəlib. Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır.

Tikintisinə 2011-ci ildən başlanılsa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.
Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır. ​

Hacı İbrahimin daha bir qardaşı - "STS" və "Sahil-D Kompani" şirkətlərinin sahibi olan Sahib İbrahimov isə 2018-ci ildə həbs olunub./Yeniavaz.com

Xəbər 2978 dəfə oxunub.




28.08.2025  16:06 

“Simferopol” gəmisi vuruldu

28.08.2025  13:16 

Prezident fərman imzaladı

28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto


BÜTÜN XƏBƏRLƏR +