Nəqliyyatda tələbələrə güzəşt edilsin - Deputat
Amerika səfirliyində yarım milyonluq yeyinti...
“Qarabağ” nə qədər qazanacaq?
“Caspian International Hospital”ın 25 milyon manat vergi borcu var
Sabiq səfirin qızı işdən niyə çıxarılıb?
Paşinyan: Bəli, Azərbaycanla sülh yaranıb...
Ermənistan Aİİ-dan çıxa bilər - Paşinyan
Ukraynaya PUA-sı Putinin sarayının yaxınlığına düşüb
Kiyevə hücum: Ölənlərin sayı 15-ə çatıb
Avtobuslarda gedişhaqqı 1 manat olacaq?


28.03.2023  10:34 

“Komandanın xarakteri yoxdur” - Fazil Mustafa





A+  A-

“Futbolumuz Aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də belə davam edəcək”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

F.Mustafa bildirib ki, Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq:

“Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı Aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı”.


Xəbər 3353 dəfə oxunub.



28.08.2025  16:06 

“Simferopol” gəmisi vuruldu

28.08.2025  13:16 

Prezident fərman imzaladı

28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto


BÜTÜN XƏBƏRLƏR +