PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


08.11.2017  22:43 

Ermənilər NATO PA seminarında təxribata əl atıblar





A+  A-

NATO Parlament Assambleyasının (PA) Sloveniyada keçirilən 96-cı “Rose Roth” seminarında Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması məsələsi müzakirə olunub.
XəzərNews.az-ın xəbərinə görə, seminarda Azərbaycanı təmsil edən Milli Məclisin nümayəndə heyətinin rəhbəri, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, “Qərbi Balkanlarda keçmiş yanlışlıqlar, mövcud çağırışlar və gələcək cəhdlər” adlı toplantıda Azərbaycanın Ermənistan tərəfindən 25 ildən çoxdur işğala məruz qalması, bir milyondan çox qaçqın və köçkünün taleyi, maddi-mənəvi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi qaldırılıb.

M. İbrahimqızı məruzə təqdim edərək bildirib ki, dəfələrlə BMT Təhlükəsizlik Şurası da daxil bir sıra beynəlxalq təşkilatlarda bu məsələ qaldırılsa da, Ermənistana faktiki olaraq heç bir real təsir göstərilməyib: “Artıq biz həmin beynəlxalq təşkilatların laqeydliyini görüb etirazımızı bildiririk. BMT Baş Assambleyasının sessiyasında da Azərbaycan prezidenti bunu açıq formada bildirdi. Bizə qarşı açıq ikili standartlar, Ermənistanın işğal faktına laqeydlik göstərilir”.

Deputat Kataloniya məsələsinə toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ separatçıları tərəfindən qanunsuz seçkilər keçirilir: “Azərbaycan 25 ildən çoxdur separatçılıqdan əziyyət çəkir. Ölkəmizin buna görə bir milyondan çox qaçqın və məcburi köçkünü var”.

Deputatın çıxışının ardınca Ermənistan nümayəndə heyətinin üzvü Karhun Nahaetyan seminar moderatorlarından mövzunu dəyişməyi tələb edib, Azərbaycanın işğala məruz qalması ilə bağlı müzakirələri pozmağa cəhd edib. Lakin onun səyləri nəticə verməyib.

Seminarın aparıcısı, NATO PA təmsilçisi Matej Tonine Azərbaycan nümayəndə heyətinin iradından sonra azərbaycanlı rəsmilərdən buna görə üzr istəyib, erməni deputatlara irad tutacaqlarını bildirib. NATO rəsmisi bu halı ikili standart kimi yox, Ermənistan nümayəndə heyətinin aqressiv reaksiyası kimi qəbul etməyi xahiş edib.

Seminar sabah davam edəcək.

Xəbər 6115 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +