Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb


03.09.2025  12:08 

Şıxlinskinin düşməni onun yerini tuta biləcəkmi?





A+  A-

Əvvəllər bir sıra qeyri-qanuni fəaliyyətdə ittiham olunan Vidadi Mustafayev adlı şəxs özünü Ural bölgəsinin azərbaycanlı icmasının yeni rəhbəri elan edib. O, hazırda həbsdə olan "Azərbaycan-Ural" ictimai təşkilatının sədri Şahin Şıxlinskinin yerini tutmağa çalışır.

Mustafayev Şıxlinskinin qəti əleyhdarı olub. Təxminən 6 ay əvvəl hər iki tərəf mediada bir-birlərini ağır ittiham ediblər. Vidadi Mustafayev Şixlinski ilə bağlı qalmaqallı materiallar hazırlayan Krik TV ilə birgə hərəkət edib.

Şahin Şıxlinski və oğlunun həbsindən sonra Mustafayev diaspor sədrliyinə iddiasını ortaya qoyub.

Vidadi Mustafayevin Rusiya FSB-si ilə əməkdaşlıq etdiyi iddia olunur. O, Sredneuralsk şəhərinin keçmiş meri, deputat Andrey Zaşlyapindən aldığı bir neçə milyon rubl rüşvətin bir hissəsinin məhz FSB-nin Sverdlovsk vilayəti üzrə əməkdaşına verilməsində vasitəçi olub.

Xatırladaq ki, Şahin Şıxlinski avqustun 2-də Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.

Hazırda proses davam edir.

https://www.youtube.com/shorts/QRJDnV-_cXo


Xəbər 1816 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +