Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


05.07.2021  10:58 

İran yenidən karantini sərtləşdirir





A+  A-

İran hökuməti ölkədə koronavirusun “Delta” ştammının yayılması ilə əlaqədar bir sıra məhdudlaşdırıcı tədbirləri yeniləmək qərarına gəlib.
XəzərNews.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hökumət əsas olaraq koronavirusun əhəmiyyətli dərəcədə çox yayıldığı və COVID-19 riski yüksək olan ərazilərdə birinci dərəcəli vacib olmayan ticarət müəssisələrinin bağlanması barədə qərar qəbul edib.

Tehran da daxil olmaqla, 275 şəhərdə bütün ictimai parklar, restoranlar, qənnadı məmulatları satılan dükanlar, gözəllik salonları, ticarət mərkəzləri, kitab mağazaları bağlıdır. Həmçinin, koronavirusa yüksək yoluxma səviyyəsi qeydə alınan şəhərlər arasında gediş-gəlişə də qadağa qoyulub.

Bu yaxınlarda İranın cari Prezidenti Həsən Ruhani “Delta” ştammının qəfil yayılması səbəbindən ölkəsinin koronavirusun beşinci dalğası ilə üzləşəcəyi ilə bağlı narahatlığını ifadə etmişdi.

Qeyd edək ki, İranda iyun ayının ortalarından iyul ayının əvvəlinə qədər koronavirusa yoluxma statistikasında artım müşahidə edilir.

Xəbər 3494 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +