Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


02.07.2021  09:24 

Bu ölkədə 73 terrorçu öldürüldü





A+  A-

Qərbi Afrika ölkəsi olan Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatına qarşı keçirilən əməliyyatda 73 terrorçu zərərsizləşdirilib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nigeriya Ordusunun Media Əməliyyatları direktoru, general Benard Onyeuko jurnalistlərə açıqlamasında deyib.

Bildirilib ki, iyunun 18-30-da ordu Borno vilayətinin fərqli bölgələrində “Boko Haram”a qarşı əməliyyatlar keçirib.

Generalın sözlərinə görə, 73 terrorçunun öldürülməsi ilə yanaşı, təşkilata məxsus silah, nəqliyyat vasitələri və vacib sursatlar ələ keçirilib.

Əməliyyatlarla terrorçuların girov götürdüyü 27-si uşaq olmaqla, 55 nəfər azad olunub.

Xəbər 3692 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +