Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


13.09.2019  16:18 

Davudoğlu AKP-dən getdi





A+  A-

Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.
XəzərNews.az-ın “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Beysukentdə keçirdiyi mətbuat konfransında bildirib.

Davudoğlu istefa səbəbini açıqlayarkən son illər AKP-nin siyasətinin dəyişdiyini, AK Partiyanın rəhbərliyindən ayrıldığı gündən bəri partiya və ölkənin idarə edilməsində müşahidə etdiyi problemləri, səhvləri, konstruktiv tənqid və təklifləri səlahiyyətli şəxslərlə şifahi və yazılı şəkildə paylaşdığını bildirib.

Bütün təklif və tənqidlərinə “yanlış və ya yalan” deyildiyini, nə də çağırışlarına qulaq asıldığını deyən Davudoğlu “danışıqlarımıza, açıqlamalarımıza və ifadələrimizə qərəzsiz şəkildə baxanda heç bir təhqir və təhdidin olmadığının şahidi olmaq olar. İntizam Komitəsinin bildirişləri gələndə bir daha buna görə kədərləndim və utanc hissini yaşadım”,- deyə söyləyib.

Bu məqamda xatırladaq ki, Ə. Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.

Sentyabrın əvvəllərində AKP Əhməd Davudoğlu, Səlcuq Özdağ, Ayxan Səfər Üstün, Abdullah Başçı, Nedim Yamalı və Selim Temurcinin partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət etmişdi.

Sözügedən şəxslər də Davudoğlu ilə birlikdə partiya üzvlüyündən istefa veriblər.

Xəbər 3058 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +