İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL
Belçikada erməni radiosu fəaliyyət göstərir, azərbaycanlılar isə...
Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov


16.02.2017  10:56 

Şagird qızın qapısına məktub qoyub özünü öldürübmüş - Sevgililər Günündə





A+  A-

 

Fevralın 14-ü intihar edən 11-ci sinif şagirdinin ölümü barədə bəzi detallar məlum olub.

Məlumata görə, 2000-ci il təvəllüdlü Fərrux Əsədlidən bir xəbər ala bilməyən ailə əvvəlcə polisə müraciət edib. Lakin 24 saat keçmədiyi üçün polis axtarış elan etməyib. Daha sonra məlum olub ki, Fərrux özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb.

Sevgililər Günündə intihar edən gənc özünə qəsd etməzdən öncə sevdiyi qıza məktub yazaraq onun qapısına qoyub. Hadisədən sonra qızın anası məktubu gətirib ailəyə verib.

Fərruxun dərslərində zəif olmadığı, davamiyyətinin də hər zaman normal olduğu qeyd edilir. Sinif yoldaşları da son günlər onun davranışında hər hansı bir qəribəlik müşahidə etmədiklərini deyirlər.

Qeyd edək ki, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Xatırladaq ki, Xətai rayonunda da bənzər hadisə baş vermişdi. Belə ki, fevralın 14-də 19 yaşlı Röyal Mirzəyev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. O, sevgilisinə yazdığı məktubunda qeyd edib ki, yaxın vaxtlarda hərbi xidmətə yollanacaq və bir daha onu görə bilməyəcək.

(qafqazinfo.az)



Xəbər 6076 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +