Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


10.03.2021  21:37 

Sarkisyan Paşinyanı və müxalifəti görüşə dəvət etdi





A+  A-

Ermənistan prezidenti Armen Sarkisyan baş naziri, parlament fraksiyalarının rəhbərlərini və “Vətənin xilası hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə dəvət edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sarkisyan qeyd edib ki, ölkədə siyasi böhran davam edir, vəziyyət gərgin olaraq qalır və bütün bunlar dövlət və dövlətçilik üçün geri dönülməz nəticələrə səbəb ola bilər.

“Problemlər çoxdur, onların həlli konstitusiya və qanunvericilik daxil olmaqla təcili və sistemli dəyişikliklər tələb edir. Həm hökumət, həm də parlament və qeyri-parlament müxalifət nümayəndələri dəfələrlə öz mövqelərini ifadə etdilər. Ancaq qarşılıqlı anlaşma və görüşmək istəyi yoxdur. Hər şeydən əlavə, dözümsüzlük çağırışları edildi”, - deyə Sarksiyan bildirib.

O, fikir müxtəlifliyinin aradan qaldırılmasının yeganə yolunun danışıqlar və dialoq olduğuna əminliyini ifadə edib.

Xəbər 3448 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +