Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


31.05.2020  10:46 

ABŞ-da iğtişaşlarda bir nəfər öldü





A+  A-

ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində Corc Floyda görə davam edən etirazlar zamanı silahlı atışma yaşanıb.
XəzərNews.az “Indi Star”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib, ən az iki nəfər yaralanıb.

İndianapolis hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, polis hadisəni araşdırır, bununla yanaşı onlar atəşin polis tərəfindən açılmadığına əmindirlər. Şəhər polisi hələlik zərərçəkənlərin və ölənlərin kimliyi barədə məlumat verməyib.

Bildirilib ki, iğtişaşlar zamanı etirazçılar polis əməkdaşlarına hücum edib, ofis binalarının şüşələrini sındırıb və daha sonra isə atəş açıblar. Şəhər polisinin rəhbəri Randal Taylor şəhər sakinlərini qəddarlığa son qoymağa çağırıb.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra şəhəri və bir neçə digər ştatları kütləvi iğtişaşlar bürüyüb.

Xəbər 3476 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +