Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


31.03.2019  10:16 

Türkiyədə seçkilər başladı





A+  A-

Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdahan, İğdır və Kilis şəhərində səsvermə prosesi başlayıb.

Bu ərazilərdə səsvermə yerli vaxtla saat 16:00-da başa çatacaq. Digər ərazilərdə isə işlər saat 17:00-da yekunlaşacaq.

Bələdiyyə seçkilərində 57 milyon 58 min 636 seçici səs vermə hüququndan istifadə edəcək.

Bu gün seçkilərlə əlaqədar olaraq Türkiyədə bir sıra qadağalar qoyulub. Belə ki, Səhər saat 06:00-dan gecə saat 00:00-dək alkoqollu içkilərin satılması, istifadəsi qadağandır. Səsvermə müddətində bütün kafelər, əyləncə məkanları bağlı olacaq, restoranlarda yalnız yemək veriləcək.

Bundan başqa, bu gün nəzərdə tutulmuş toylar saat 18:00-dan tez başlaya bilməz. Məclis keçirənlər içki qadağasına əməl etməlidir.

Polis və təhlükəsizlik orqanlarının işçilərindən başqa kimsə şəhər, kənd və ya qəsəbələrdə silah gəzdirə bilməz.

Radio və televiziyalarda isə 18:00-21:00-da yalnız YSK tərəfindən seçkilərlə bağlı xəbər və məlumatlar yayımlanacaq. Efirlər saat 21:00-dan sonra sərbəst fəaliyyətə keçəcək.

Xəbər 2625 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +