Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.05.2025  00:26 

Fransalı vəkil İran XİN-ə çağırıldı





A+  A-

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili Fransanın xarici işlər nazirinin İranlı kinorejissor Cəfər Pənahinin “Qızıl Palma budağı” mükafatı ilə bağlı söylədiyi fikirlərə etiraz olaraq İranın Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə İkinci Departamentinin rəhbəri Məhəmməd Tənhai tərəfindən çağırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilib ki, Tənhai Fransa xarici işlər nazirinin bəyanatını “İranın daxili işlərinə açıq-aşkar müdaxilə” adlandırıb və əlavə edib ki, ölkə “İslam Respublikasına qarşı siyasi qərəzini irəli sürmək üçün kino tədbirinə ev sahibliyi etmək fürsətindən istifadə edib”.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot "X" sosial şəbəkəsindəki paylaşımında ​​Cəfər Pənahinin "Qızıl Palma" mükafatını qazanmasını İslam Respublikasının repressiyalarına qarşı müqavimət əlaməti və dünyanın bütün azadlıq mübarizləri üçün bir ümid kimi qiymətləndirib.

Fransanın müvəqqəti işlər vəkili məsələni hökumətinə çatdıracağını bəyan edib.

Xəbər 2048 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +