Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


20.10.2025  10:08 

Mən bu 6 ildə onunla əlaqə saxlamamışam - Elmar Məmmədyarov





A+  A-

Sabiq xarici işlər naziri adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, sabiq nazir bu haqda “Müsavat TV”nin efirində danışıb.

- Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salam-əleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?

- Sizi istintaqa dəvət etməyiblər?

- Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.

- Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?

- Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.

- Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?

-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.

-Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?

-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.

- İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?

-Yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam.

- Bəs həbsinə münasibətiniz necədir?

-Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdi də...

- Niyə “provakasiya”? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.

- Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.

Xəbər 701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +