Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


09.04.2021  15:07 

Ermənistan Müdafiə Nazirliyində vəziyyət gərgindir





A+  A-

Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərginləşib.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, itkin düşən əsgərlərin valideynləri nazirliyin binasına girməyə çalışırlar.

Etirazçılar müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyanın binadan çıxaraq onlarla görüşmələrini tələb edirlər.

Bəzi etirazçılar binanın hasarlarına qalxıblar, lakin polis qüvvələri onları endirə bilib.

Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, bu, nəticə verməyib. Hadisə yerində olan müstəqil millət vəkili Sofiya Hovsepyan nazirlikdə məsələnin həlli ilə bağlı iclas keçirildiyini bildirib.

Xəbər 3587 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +