Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?


02.07.2025  10:03 

YEKATERİNBURQ HADİSƏLƏRİNDƏ İRAN İZİ...





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- İsrailin İrana hücumu və İranın rüsvayçı məğlubiyyəti yeni fəsadlar, problemlər yaradacağı gözlənilən idi. Artıq ərəb dövlətləri arasında məsləhətləşmələr bu istiqamətdədir. İrana cari təhlükə Rusiya tərəfindəndir. RF düşünür ki, İran artıq öz ərazisinə nəzarət edə bilmir. İsrail İranın hava məkanına nəzarət edir. 12 günlük müharibə dövründə İsrail İranın ərəblər yaşayan regionlarından başqa bütün regionlarına bu və digər dərəcədə zərbə vurdu. Rəşt və onun ətrafına da bir neçə zərbə endirdi. Rəşt və onun daxil olduğu Gilan ostanı İranın şimalında yerləşir. İranın bu regionla bağlı təbliğatı həmişə qüsurlu olub.

İran Rəşt, Mazandaran, Astara şəhərlərini xristianların yaşadığı region kimi təsvir edir və bununla ermənilərlə əlaqəsinin legitimliyinə əsas yaratmaq istəyib. Həmin ərazi Azərbaycan Respublikası ilə həmsərhəddir və bu regionlarda yaşayanların böyük əksəriyyəti də etnik talışlardır.

Azərbaycan Respublikasının İranla həmin həmsərhəd ərazilərində yaşayanların böyük əksəriyyəti etnik talışlardır.
İsrailin zərbələri və İranın həmin ərazilərə nəzarət edə bilməməsi Rusiya üçün katastrofik vəziyyət yaradır. Çünki İran həmin ərazidə 800 km radiuslu məsafəni görən RLS tikib. 4 blokdan ibarət olan bu RLS Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin də ərazisini görə bilir. Daha çox Azərbaycan və Rusiyaya qarşı hesablanmış stansiyadır. Rusiyanın içərilərinə doğru 700 km məsafəni görür.

AZAL təyyarəsinin Çeçenistan üzərində vurulduğu gün Azərbaycan Prezidentinin təyyarəsinə Rusiya daxilində GPS müdaxiləsi də ehtimal ki, həmin radiolokasiya sistemlərindən yerləşdirib. Həm görür, həm də elektron müharibə aparmaq qabiliyyətinə malikdir.

Həmin RLS İsrailin əlinə keçsə İsrail həm RF-in daxilini görəcək, həm də daxilində elektron müharibə apara bilər. Bundan ötrü Rusiya mütləq müəyyən tədbirlər görməlidir; İran ərazisinə tam və ya müəyyən bir hissəsinə nəzarəti istənilən anda itirə bilər.

Rəşt-Astara dəmir yolunun tikintisi Rusiya üçün strateji əhəmiyyətlidir. Ona görə Kreml İranın şimal regionlarında vəziyyəti idarə etmək istiqamətində müəyyən addımlar atmalıdır.

İranın şimal regionu və Azərbaycan Respublikası ilə bağlı buraxdığı səhvlərdən biri də İranın talış separatizminə dəstək verməsidir. Tarixən talış separatizmini qızışdırmaq Rusiya generallarının işi olub. İranın bu hadisələrdə rolu olmayıb.

Sonradan İran Azərbaycan Respublikasına təzyiq elementi kimi talış mövzusundan istifadə etmək niyyətinə düşdü. Xüsusən Zahirəddin İbrahiminin Yekatenburqda həbs olunub, gətirilməsi İran mətbuatında Azərbaycana qarşı çox geniş istifadə olundu. Ondan təxminən iki il öncə Astarada (İran) talış dövlətçiliyi üzrə tədbir keçirildi. Əlikram Hümbətovun varisi olan Boris Talışınski adlı şəxsi Hollandiyadan gətirdilər. Bu İran Astarasında əhalidə talış dövlətçiliyi üçün müəyyən passionarlıq yarada bildi.

İranın yaxınlarda Gilan regionunda bəzi şəxsləri həbs etməsi İran hökumətinin artıq talış separatizmindən qorxduğunu göstərir. O separatizmi qızışdıran adamlar da bu gün aktiv fəaliyyətdədir. İstənilən anda Əhməd Kazımi və onun ətrafında olanlar Azərbaycan Respublikasına qarşı talış separatizmi ilə mübarizə apara bilərlər. İndi Rusiya da İranın talış separatizmi ilə münasibətdə buraxdığı səhvi öz üzərinə yönəltmək istəyir. Gilanda RLS-i, Rəşt-Astara dəmir yolunda təhlükəni azaltmaq və vəziyyətini yaxşılaşdırmaq üçün Rusiya mütləq həmin regionda talışları ələ almalıdır. İran ərazisində talışları ələ almağın yolu RF-nin fikrincə, Azərbaycan Respublikasının ərazisindəki talışlardan keçir. Rusiya ərazisində talış separatizminin məskəni Yekaterinburqdur. Z.İbrahiminin də yaratdığı təşkilat orada idi. Moskvada yaşayan İsmayıl Şabanov da həmin təşkilatdan çıxmış adamdır.

Yaxında Z.İbrahimini Rusiyanın həbs edib, Azərbaycana verməsi RF-in fikrincə, talışlar arasında əks-effekt yaradıb və bunu aradan qaldırmaq lazımdır. Talışların rəğbətini qazanmaq, daxillərində öz xeyrinə rezon yaratmaqdan ötrü Yekaterinburq hadisəsini Rusiyanın FTX-si törətdi. 20-30 il bundan əvvəl törədilmiş cinayətdən ötrü gecəyarısı evə hücum çəkib, adamları döyüb, öldürməzlər. Bu ancaq müəyyən məqsədli diversiya, təxribat və rezon yaratmaq niyyətli ola bilər və Rusiya da bundan istifadə etdi.



Xəbər 1036 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +