Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


06.01.2018  11:19 

Çaylardakı son durum açıqlandı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edir.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, yanvarın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Yanvarın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il yanvarın 05-də 468 sm), Şirvanda 267 sm (2017-ci il yanvarın 05-də 377 sm), Salyanda 227 sm (2017-ci il yanvarın 05-də 331 sm), Bankədə 213 sm (2017-ci il yanvarın 05-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 127 sm (2017-ci il yanvarın 05-də 188 sm) təşkil edir.

Xəbər 1725 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +