Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


05.04.2020  11:53 

Avrokuboklar üçün son tarix müəyyənləşdi





A+  A-

UEFA hazırkı avrokubok mövsümünü avqustun 3-dək başa çatdırmağı planlaşdırır.
XəzərNews.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin ZDF telekanalına açıqlamasında bildirib.

Sloveniyalı funksioner deyib ki, Çempionlar Liqası və Avropa Liqasındakı qalan qarşılaşmaları milli çempionatların keçirildiyi günlərdə də oynamaq olar: "Vəziyyət fövqəladədir. Biz möhkəm olmalıyıq. Böhran başa çatsa, mövsümün qalan hissəsinə tez başlamaq olar. Pley-off mərhələlərini hazırkı və ya bir oyunluq sistemlə keçirmək mümkündür. "8-lər" və ya "4-lər" finalı formatı isə hələlik bir hipotezdir. Əsas məsələ oyunçular, hakimlər və azarkeşlərin sağlamlığını təhlükə altında qoymamaqdır. Şərtlər təhlükəsizdirsə, heç bir problem görmürəm".

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Matçların yaydan tez bərpa olunmayacağı gözlənilir.

Xəbər 1752 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +