Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı


16.01.2018  13:32 

“Azərbaycan millisinə qiymət vermək çətindir”





A+  A-

Futbol üzrə Moldova millisinin hücumçusu Radu Qınsar Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşləri barədə danışıb.
XəzərNews.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları dilə gətirib: “Yeni baş məşqçi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək. Rəqiblərə qiymət vermək mənim üçün çətindi. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq”.

Hayfa “Hapoel”inin 27 yaşlı üzvü sözügedən matçlar üçün milliyə çağırılmamasının səbəbi haqda da danışıb: “Mənə dəvət gəlməyib. Bəlkə də, İsraildə çempionat davam etdiyi üçün yığmaya çağırılmamışam. Klubumun da dəvət gələcəyi təqdirdə, məni buraxmayacağını düşünürəm”.

Qeyd edək ki, Moldova millisi yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoxlama oyunu keçirəcək.

Xəbər 1431 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +